Azərbaycan “Avrovijn-2008” müsabiqəsinin finalına çıxdı.
Beləliklə, Belqradda keçirilən “Avrovijn-2008” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatdı.
Azərbaycanı təmsil edən Elnur və Samir mayın 24-də keçiriləcək müsabiqənin finalına çıxdılar.
Qeyd edək ki, birinci yarımfinalda 19 iştirakçı çıxış etmişdi. Bunlar Çernoqoriya, İsrail, Estoniya, Moldova, San-Marino, Belçika, Azərbaycan, Sloveniya, Norveç, Polşa, İrlandiya, Andora, Bosniya və Herseqovina, Ermənistan, Niderland, Finlandiya, Rumıniya, Rusiya və Yunanıstan idi.
Tamaşaçıların səsverməsi nəticəsində 10 finalçının adı məlum oldu. May ayının 24-də keçiriləcək final mərhələsinə çıxan ölkələr bunlardır - Rusiya, Yunanıstan, Rumıniya, Bosniya və Herseqovina, Finlandiya, İsrail, Azərbaycan, Ermənistan, Polşa, Norveç.
Bizim ölkəmizə səs verməklə iştirakçılarımıza dəstək olmuş bütün insanlara dərin minnətdarlığımızı bildiririk!