Bu gün aprel ayının 1-də “Gülüş günü” kimi qeyd olunur.əlin əvvəla bu günün tarixçəsinə bir nəzər salaq. Deməli belə, 1 aprel zarafatının yaranması belə olub:
1564-cu ildə Fransa kralı IX Charles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 apreldə qeyd edirdilər. O zamankı rabitə şərtlərində IX Charlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olan isə protest məqsədilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar. Uzun illər sonra Yanvarın ilk ay olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək davam etdirdilər. Oradan da bütün dünyaya yayıldı.
İndi bütün dünyada 1 Aprel Beynəlxalq Gülüş Günü kimi qeyd olunur.
Sizin etdiyiniz və ya sizə edilən ən yadda qalan 1 Aprel zarafatı hansı olunub?