Eylencenin 1*nomreli Unvani
Четверг, 25.04.2024, 21:37
Меню сайта
Разделы новостей
Mahnilar [61]
XEBER [38]
AVTO-MOTO [5]
Sevgi [1]
Klipler [3]
Lazimli [9]
VIDEO [17]
FOTO [5]
SHOW-BIZNESS [5]
SOFT-PC [48]
MOBIL [21]
OYUNLAR [26]
YUMOR [15]
REKLAM [1]
Мини-чат
200
Главная » 2008 » Апрель » 29 » Xatirenin Azercell-e 90min manat borcu var?
Xatirenin Azercell-e 90min manat borcu var?
21:39

�Nömrə 1� realiti-şousu artıq neçə aydır efirdədir. Bu verilişdə indiyədək xeyli müğənni ələnib. Bu həftənin cümə günü isə yarışmanın finalıdır. Finala qalan müğənnilər İzzət Bağırovla Teymur Əmrahdır. Qalib �Qızıl mikrofon"a sahib olacaq.
Xatırladaq ki, sözügedən yarışmada səsvermə SMS vasitəsi ilədir. Bu şouda ən qalmaqallı mərhələ Aygün Kazımova ilə Natəvan Həbibinin yarışmasında yaşandı. Aygün gənc həmkarını əzici üstünlüklə udacağını güman etsə də bunun tam tərsi baş verdi: Natəvan Həbibi heç kimin gözləmədiyi halda rəqibinə qalib gəldi.
Şouda ikinci qalmaqal Natəvanla Xatirə İslamın �duel�i zamanı yaşandı. Hər iki müğənni xeyli səs topladı. Nəticə isə Xatirənin xeyrinə yekunlaşdı. Həmin vaxt Xatirə İslam 250.325, Natəvan isə 235.535 SMS almışdı. Bu, gerçəkdən bir sensasiya idi. Amma çoxları bilirdi ki, hər iki müğənniyə gələn fantastik məbləğdə SMS-lər təbii deyil. Yəni bu işin arxasında onların fanat ordusu deyil, hansısa digər amillər dayanır. Əgər belə olmasaydı, Xatirə ötən həftədəki �duel�də o qədər də populyar olmayan Teymur Əmraha 30 min SMS fərqi ilə uduzmazdı.
Artıq bu rəyi möhkəmlədən, haqlı çıxaran məlumatlar alırıq. Deyilənə görə, �Nömrə 1� realiti-şousu Xatirə İslamı yamanca xərcə salıb. Həmkarı Natəvan Həbibini �məğlub etməsi� müğənniyə baha başa gəlib. Onun �Azercell�ə hətta böyük məbləğdə - 90 min dollar borcunun yarandığı deyilir. Bunun necə baş verməsi barədə tam təsəvvürə malik deyilik. Amma gəzən söz-söhbətlərdə bu borclanmanın mexanizmi də var: sən demə, Xatirə Natəvanın da yarışmaya yaxşı hazırlaşdığını bildiyindən, �Azercell�dən qabaqcadan böyük məbləğdə limit götürüb və ayrı-ayrı abonentlərin nömrələrindən özünə SMS göndərtdirib.
Məsələ ilə əlaqədar �Azercell�in mətbuat katibi Rüfət Abbasova müraciət etdik. Onun münasibəti qısa oldu: �Xatirə İslam bizim (�Azərcell�in - red.) abonentdir. Biz �Azercell� olaraq öz abonentlərimiz haqqında konfidensial hesab olunan məlumatları açıqlamırıq�.
Xatirə xanımın özünə telefon açdıq. Müğənni bildirdi ki, o o, hazırda Moskva şəhərindədir. Müsahibimiz etiraf etdi ki, rəqibi Natəvanı məğlub etmək üçün çox dost-tanışa müraciət edib və onların arasında xeyli xərcə düşənlər var. Lakin Xatirə öz borcu haqda danışmaq istəmədi: �Belə məsələlərə çox da diqqət verməyin. Ola bilər ki, Natəvanı məğlub etdiyimə görə dost-tanışlarımın 100, 200, 500 manat borcu olsun. Çünki mən ona qalib gəlmək üçün atamdan, anamdan, yeznəmdən, digər qohumlarımdan, dost-tanışlarımdan xahiş etmişdim ki, SMS göndərsinlər. Mənə dəstək olanlara minnətdaram ki, prinsipiallıq göstərməkdə mənə kömək etdilər. �Duel�dən sonra bəzi pərəstişkarlarımın telefonunun bağlandığını da eşitdim. Amma Teymur Əmrahla yarışmada bütün dost-tanışlarıma dedim ki, mənə heç kəs səs göndərməsin. Mən realiti-şounu pisləmirəm, müğənni realiti-şoulara çıxmalıdır. Lakin dost-tanışlarımın gərəksiz yerə çox xərcə düşməsi nəyə lazımdır?! Artıq pul xərcləyəcəm ki, ya İzzətlə, ya da Teymurla rinqə çıxım? Həvəsdi, bəsdi�. / Musavat qazeti
Категория: SHOW-BIZNESS | Просмотров: 3039 | Добавил: JOLLY-ADMIN | Рейтинг: 1.0/1 |
Всего комментариев: 3
3 cema  
0

2 TuRaL  
0
happy

1 Айнур  
0
biggrin biggrin biggrin biggrin biggrin smile smile smile smile smile smile happy happy happy

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Календарь новостей
«  Апрель 2008  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930
Поиск
Друзья сайта

Azeri-Plus

Yasamallilarin Sayti

Combats

Mingecevirlerin Sayti

Sadece daxil ol:)

Genclermerkezi

#1nomreli

Fresh-Man

Azeri-Hackerler

Lezgi Sayti

Статистика

Onlaynda 1
Qonaq 1
User 0
Copyright MyCorp © 2024